
Qobustanda cüdo turniri
- 13:00
- 32
Qobustan UGİM-in idman zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü” münasibətilə U-15 və U-18 yaşlı yeniyetmələr arasında cüdo turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin məqsədi Dövlət Suverenliyi Gününü qeyd etməklə yanaşı, rayonda cüdo idman növünün inkişafı, uşaqlar və yeniyetmələr arasında kütləviliyin artırılması, eləcə də zona və respublika yarışları üçün istedadlı idmançıların seçilməsi olub.
Yarışın sonunda müxtəlif çəki dərəcələrində qalib gələn idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.