Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə qızıl medal qazanmağa layiq olduğunu düşünür.


Rekord.az xəbər verir ki, 27 yaşlı idmançı bu barədə Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verib.


Milli üzvü turnirdəki çıxışını yüksək qiymətləndirib:


"Buradakı çıxışım çox yaxşı idi. Özümə inanırdım, çempion ola biləcəyimi düşünürdüm. Çünki yaxşı hazırlaşmışdım. Braziliyada təlim-məşq toplanışına qatılmışdıq. Qran-pridə çempion olmağa layiq idim. Əzmkarlıq göstərərək qızıl medal qazandım".


Qeyd edək ki, Azərbaycan cüdoçuları Meksikadakı yarışı 9 medalla başa vurublar.