 
        “Qəbələ”nin futbolçusu üçün əlamətdar oyun
- 13:00
- 57
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin "Qəbələ" – "Mingəçevir" oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.
Rekord.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atan 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vuran 7-ci futbolçu kimi düşüb.
"Qəbələ"nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.
Qeyd edək ki, qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        