Bu yay “Qəbələ”dən ayrılan İvitsa Juniçin yeni komandası bəlli olub.

Rekord.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Rumıniyanın ÇFR (Kluj) klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvat oyunçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Juniç artıq yeni komandasında məşqlərə başlayıb.

Qeyd edək ki, İvitsa Juniç "Qəbələ"də 2019/20 mövsümündə oynayıb.