"Qəbələ" səfərdə bu stadionda oynayacaq FOTOLAR
- 21 İyn 2022 14:00
- 924
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin UEFA Konfrans Liqasında keçirəcəyi ilk oyunun vaxtı və yeri dəqiqləşib.
Rekord.az xəbər verir ki, II təsnifat mərhələsinin “Fehervar”la Macarıstandakı ilk qarşılaşması iyulun 21-də baş tutacaq.
Matç “Mol Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Sekeşfexervar şəhərində yerləşən sözügedən arenanın 14 min nəfərdi. Şəhərin öz əhalisi isə 95 minə yaxındır. "Mol Arena"nın fotolarını sizə təqdim edirik:








