“Qəbələ” “Kəpəz”ə qalib gəldi
- 17:30
- 50
Bu gün Misli Premyer Liqasında 26-cı tura start verilib.
Rekord.az xəbər verir ki, turun ilk oyununda “Kəpəz” “Qəbələ” ilə qarşılaşıb. Bu oyunu Vüqar Həsənli idarə edib. Qəbələnin eyniadlı təmsilçisi görüşdən inamlı qələbə ilə ayrılıb.
Daha sonra “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Oyunun baş hakimi Kamal Umudlu olacaq.
“Qarabağ” – “Karvan-Yevlax” görüşü sabah, “İmişli” – “Turan Tovuz”, “Zirə” – “Şamaxı” və “Araz-Naxçıvan” – “Sabah” matçları aprelin 7-də keçiriləcək.
Misli Premyer Liqası
26-cı tur
5 aprel
“Kəpəz” – “Qəbələ” 0:2
Qollar: İsmael Akinade, 74. Domi Massumu, 89.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
Yevlax şəhər stadionu, 15:30.
Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 97. Elxan Məmmədov, 80. Şahnur İsmayılov.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 8. Sambu Sissoko.
Baş məşqçi: Kaxaber Sxadadze.