“Qarabağ” - “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna bir saat qalmış dayandırılacaq
- 13:40
- 24
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) futbol klubları arasında keçiriləcək cavab oyununun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.
Klub azarkeşlərdən biletlərini əvvəlcədən əldə etmələrini xahiş edib.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.