“Qarabağ” - “Karvan-Yevlax” oyununun biletləri satışa çıxarılır
- 14:30
- 49
Premyer Liqanın 26-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” - "Karvan-Yevlax" oyunun biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Biletlərin qiyməti isə 3 və 20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.