“Neftçi”nin ardından “Qarabağ” da yay hazırlıq dönəminin ikinci mərhələsini ölkə xaricində keçmək niyyətindədir.

Rekord.az xəbər verir ki, Ağdam klubu da Türkiyəyə yollanmaq istəyir.

Hər halda, bu məsələyə klub Bakıya qayıtdıqdan sonra qərar veriləcək. Eyni zamanda avqustun 5-dən sonrakı dönəm üçün Operativ Qərargahın verəcəyi qərardan da çox şey asılı olacaq.