Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək.


Rekord.az xəbər verir ki, turnirin ilk mərhələsi Köndələnçay su anbarında baş tutacaq.


Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.


Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.


Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.