UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, D Liqasında 2-ci qrunun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.


FIFA referisi Kristian Petru Cioçircaya həmyerliləri Maximilian Weiss və Michael Obritzberger köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksiz yerinə yetirəcək.


VAR-da Manuel Schuettengruber, AVAR-da Alexander Harkam əyləşəcəklər.


Xatırladaq ki, sözügedən oyun oktyabrın 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.