Qara Qarayev: "İlin sonuna qədər karyeramla bağlı qərar verəcəm" - MÜSAHİBƏ
- 15:00
- 81
"Araz Naxçıvan"ın futbolçusu Qara Qarayev Rekord.az-a müsahibə verib:
- Son vaxtlart səni meydançada görmürük. Baş məşqçiniz Elmar Baxşıyevə bununla bağlı sual verdim, dedi ki, rəqabətlə bağlıdır.
- Rəqabət?
- Bəli. Həqiqətənmi Qara Qarayev bu gün "Araz Naxçıvan"da rəqabəti uduzur?
- (fikirləşir) Gəlin bununla bağlı mən heç nə deməyim.
- Şərh vermək istəmirsən...
- Xeyr.
- Belə başa düşdüm ki, zədən yoxdur.
- Xeyr, heç bir zədəm yoxdur, hər şey qaydasındadır.
- Gələcək karyeranla bağlı nə düşünürsən?
- Bəzi planlarım var, amma hələ bu haqda nə isə açıqlamaq istəmirəm.
- Qara Qarayev 10 ilə yaxın öz mövqeyində ən yaxşı oldu. Təbii ki, yaş da sözünü deyir. Sualı sırf bu yöndən verdim ki, daha neçə il oynamaq istəyirsən? Daha doğrusu, özündə daha neçə il oynamaq gücü hiss edirsən?
- Ən yaxşısı vaxtında getməkdi. Amma ididən dəqiq də demək istəmirəm ki, mövsümün sonunda futboldan gedəcəm. Müəyyən fikirlərim olsa da, mövsümün sonunu gözləyəcəm. Hər şey o an üçün olan vəziyyətə bağlı olacaq.
- "Araz Naxçıvan"da oynamaq şansı qazanmasan, yəqin ki, gələcək digər təkliflər üzərində düşünəcəksən...
- Düşünəcəm, sözsüz ki. Amma son illərimi oynamaq istəyirəm. Yəqin ki, bu ilin sonuna qədər karyeramla bağlı qəti qərar verəcəm.
- Bəzi sabiq milli üzvləri Premyer Liqadan təklif olmayınca, I Liqaya gedirlər. Sənin beynidən belə fikir keçir?
- Yox, mənim elə fikirim yoxdur. Premyer Liqada oynamaq imkanı olmasa, karyeramı bitirəcəm.
Anar XANLAROV