“Qalatasaray”ın sabiq üzvü 45 yaşında karyerasını bitirdi
- 04 Dek 2024 16:40
- 125
Yaponiya millisinin və Türkiyə təmsilçisi "Qalatasaray"ın 45 yaşlı sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.
2006/2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu kimi tarixə düşmüşdü. O, "sarı-qırmızılar"ın heyətində 34 matçda 1 qol vurub.
Futbolçu son olaraq ölkəsinin "Nankatsu" klubunun şərəfini qoruyub.