Türkiyə Super Liqasında 27-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Başakşəhər” evdə “Ankaragücü” ilə oyundan tək qolla qalib ayrılıb. “Trabzonspor” isə “Kayserispor”la ev matçında məğlubiyyətlə üzləşib. Lider “Qalatasaray” isə “Adana Dəmirspor”la ev oyunundan qalib ayrılıb.

Türkiyə Super Liqası
27-ci tur

1 aprel

Başakşəhər – Ankaragücü 1:0
Qol: S.Gürlər, 36.

Trabzonspor – Kayserispor 3:4
Qol: M.Qomes, 3. A.Ömür, 50. Bardi, 54-pen – E.Başsan, 1. Tiam, 20. Mensa, 48-pen. K.Mane, 63.

Qalatasaray – Adana Dəmirspor 2:0
Qol: Midstyö, 86. Zaniolo, 90+8-pen.

2 aprel

14:30. Ümraniyəspor – Konyaspor
17:00. Girəsunspor – Alanyaspor
21:30. Fənərbaxça – Beşiktaş

3 aprel

21:30. İstanbulspor – Fatih Karagümrük