İngiltərənin “Lids” klubu polşalı yarımmüdafiəçisi Mateuş Boquşla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu MLS-də mübarizə aparan ABŞ-ın “Los Anceles” klubuna transfer olunub.

Premyer Liqa təmsilçisi bu transferdən 1 milyon avro qazanıb. Gənc futbolçu ilə müqavilə 2026-cı ilin 31 dekabrına qədər nəzərdə tutulub.

Boquş “Lids”ə 2019-cu ilin qışında Polşanın “Rux” klubundan transfer olunmuşdu. Amma o, bu klubda əsas heyətə düşə bilmədiyi üçün “Loqrones” və “İbitsa” komandalarında icarədə oynayıb.