Pley-in mərhələsində daha iki oyun
- 12:00
- 31
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
Rekord.az xəbər verir ki, əvvəlcə "Lənkəran" evdə "Gəncə"ni qəbul edəcək.
Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə "Gəncə" rəqibini üstələyib - 91:55.
Günün son matçında "Sumqayıt" NTD ilə müansibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq. İlk görüşdə paytaxt təmsilçisi 121:107 hesablı qələbə qazanıb.
Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.