Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
- 18:30
- 35
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Ayntraxt" (Frankfurt, Almaniya) - "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.