İvan Perişiç Xorvatiya millisinin tarixində dünya çempionatlarında ən çox qol vurmuş futbolçu olub.


Rekord.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunu DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya uduzduqları matçda (1:2) fərqlənməklə bacarıb.


Beləliklə, oyunçu mundiallarda 7-ci qoluna imza ataraq Davor Şukeri (6 qol) geridə qoyub.


Perişiç DÇ-2014-də iki, DÇ-2018-də üç, DÇ-2022-də bir dəfə rəqib qapılarına yol tapıb.


Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.