Koronavirus səbəbiylə dayandırılan Özbəkistanın futbol çempionatının taleyi müəyyənləşib.

Rekord.az xəbər verir ki, çempionat davam etdiriləcək. Bu barədə ölkənin Peşəkar Futbol Liqası məlumat yayıb.

Komandalara sağlamlıq və gigiyena qaydalarına əməl etmək şərtiylə məşqlərə başlamağa icazə verilib. Açıqlamada, oyunların iyunun 5-dən bərpa olunmasının planlaşdırıldığı bildirilib. Lakin təqvimin və planın rəsmiləşməsi üçün daha bir neçə günə ehtiyac var. Çempionatın bərpa vaxtının yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.