Futbol üzrə Niderland 2-ci liqasında 7-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Dordrext” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, sözügedən komandanın cari mövsümdə ilk qələbəsidir.

Ozan da bu matçın iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 2-ci liqada 7 turdan sonra 6 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.