“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” – Dambrauskas
- 21:55
- 38
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə haqda bunu deyib:
“Hazırda xallar haqda danışmaq çox erkəndir. İtirdiyimiz xalları qazana bilərik. Bu oyun haqda onu deyə bilərəm ki, bir az çirkin alındı. Yaxşı oyun görmək istərdik. Belə hallar görüləndir. Çalışacağıq ki, növbəti oyunlara, xüsusilə “Slaviya” ilə matça yaxşı hazırlaşaq.
Premyer Liqadakı oyunları təxirə salmağa gəldikdə, bu, lazım deyil. Çünki komandamız bunun üçün dözümlüdür, mübarizə aparmağa davam edirik. Hər oyundan sonra daha yaxşısı üçün çalışmalıyıq.
Oyunçularımı bu oyunlara hazırlamaq mənim vəzifəmdir. Hər kəsin öz işinin çətinliyi var, lakin bu işi görməliyik. Çətin günlər də olur. Bizim əsas işimiz komandanı hazırlamaqdır.
Mən istəyirəm ki, mənimlə qalan oyunçular daha çox oynasınlar. Mən onlara daha çox şans vermək istəyirəm. Hər zaman mənimlə qalan oyunçulara daha çox inanıram.
Əlbəttə, işimiz bu il daha çətindir. Keçən il biz yalnız öz çempionatımızda mübarizə aparırdıq. Lakin Çempionlar Liqasında oynamaq bizim üçün xəyal idi. Mən bu haqda şikayət edə bilmərəm. Daha çox çalışmalıyıq”.