Azərbaycan Basketbol Liqasında 2-ci tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, turun ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.


"Sumqayıt" evdə "Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.


Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.