"Zəngəzur" UEFA Regionlar Kubokunda ilk oyununa çıxır
- 12:00
- 31
Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə üz-üzə gələcək.
Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Sözügedən qrupda həmçinin qardaş ölkə təmsilçisi "İstanbul" və Rumıniyanın "The Carpathians" klubları da mübarizə aparır.