Voleybol üzrə Azərbaycan çempionatında qadınların mübarizəsində növbəti oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində "AZERRAIL" klubu "DH Volley"i qəbul edib.

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə keçib. "DH Volley" 3 set davam edən matçdan quru hesablı qələbə ilə ayrılıb.


Super Liqa 

20 noyabr 

III tur

   "AZERRAIL" - "DH Volley" 0:3 (16:25, 12:25, 16:25)