Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa 60 mindən çox bilet satılıb.


Rekord.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.


Onun sözlərinə görə, Liqa mərhələsinin 5-ci turunun qarşılaşması üçün indiyədək 62 min bilet alınıb.


Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.