Zəkiyev üçün Misir sınağı
- 20:30
- 25
Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə qran-pridə iştirak edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
+95 kq çəki dərəcəsində çıxış edən idmançı J1 kateqoriyasında mübarizə aparacaq.
Onu noyabrın 21-də yarışa baş məşqçi İbrahim İbrahimov çıxaracaq.