20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje Tofiq Bəhramov adına Respublika Stadionunda İraqın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.


Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:


“Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər. Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.


Komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutan ilk oyun 0:0 hesablı heç-heçə başa çatıb.