Saatlı OİK-də Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə kütləvi idman tədbiri təşkil olunub.

Rekord.az xəbər verir ki, tədbirin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, üzgüçülük idman növünə marağın artırılması, fiziki fəallığın təşviqi və idmanın kütləviliyinin təmin edilməsidir. 

Tədbirdə 28 nəfər yeniyetmə iştirak edib.