Qadın futbolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanı seçməsi ilə iki yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Qarşılaşmalar dekabrın 2-də və 5-də Bayıl stadionunda baş tutacaq. Hər iki matç saat 15:00-da start götürəcək.

Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı:

Nr.SOYADADKLUB
1ŞərifovaAytacYüksekova Spor (Türkiyə)
2ƏliyevaNərgizSabah FK
3İsmayılovaGünayNeftçi PFK
4CəfərzadəSevincYüksekova Spor (Türkiyə )
5HacıyevaNərgizFK Turan (Qazaxıstan)
6MirzaliyevaNigarHamburq (Almaniya)
7MollayevaManəNeftçi PFK
8MəmmədovaKamillaFK Şaxtyor (Qazaxıstan)
9DorofeevaAlinaFK Rubin Kazan (Rusiya)
10AcarYelizBeşiktaş (Türkiyə)
11ManyaEsraBeşiktaş (Türkiyə)
12NəhmədovaAlinaSafir SK (Türkiyə)
13MuradovaAysunŞile BilgiDoğa (Türkiyə)
14BozdagPeritanFenerbahçe (Türkiyə)
15SeyfəddinovaVüsaləNeftçi PFK
16MəhsimovaJaləNeftçi PFK
17BakarandzeKristinaNike Lusso (Gürcüstan)
18RəhimovaMilanaÜnyespor (Türkiyə)
19RəhimovaSonaNeftçi PFK
20NəsirovaŞəfəqNeftçi PFK
21CuruqovaMədinəNeftçi PFK
22HacıyevaVüsaləLiman FK
23MəmmədovaDianaFK Rubin Kazan (Rusiya)