NTD iki gənc basketbolçu ilə müqavilə imzalayıb.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Azərbaycanın U-20 millisinin üzvü Ramazan Qarayev və U-18-də çıxış edən Mübariz Mirzəyev növbəti mövsümdən paytaxt təmsilçisində çıxış edəcəklər. 


Bundan əlavə, ötən mövsüm komandanın uğurları üçün çalışan Hacısaməd Oğuzun sözləşməsinin müddəti uzadılıb.