PSJ-nin hücumçusu Neymar özündən daha texnikalı hesab etdiyi futbolçuların adlarını açıqlayıb.

Rekord.az goal.com-a istinadən xəbər verir ki, braziliyalı oyunçu bununla bağlı deyib:  "Özümü müasir futbolun ən texnikalı oyunçularından biri hesab edirəm. Buna görə ad çəkmək mənim üçün çətindir.  

Məndən daha texnikalı futbolçulardan   Messi, Hazard, De Brüyne,  Verratti və Tiaqonun adını çəkə bilərəm".

Qeyd edək ki, Neymar ötən mövsüm Paris təmsilçisində 28 oyuna çıxıb, 13 qol vurub və 8 qolun ötürməsini verib.