Braziliya millisinin hücumçusu Neymar dünya çempionatlarında keçirdiyi oyunların sayına görə əfsanəvi futbolçu Peleni geridə qoyub.


Rekord.az xəbər verir ki, 34 yaşlı futbolçu Norveç millisinə qarşı keçirilən DÇ-2026-nın 1/8 final oyununda 67-ci dəqiqədə meydana daxil olmaqla mundiallardakı oyun sayını 15-ə çatdırıb.


Bununla da o, dünya çempionatlarında 14 oyuna çıxmış üçqat dünya çempionu Peleni qabaqlayıb.


Bu göstərici üzrə Braziliya millisinin rekordu isə 20 oyunla Kafuya məxsusdur.


Neymar Braziliya millisinin tarixinin ən məhsuldar bombardiridir. O, yığmanın heyətində 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi olub, 2012-ci il Olimpiadasının və 2021-ci il Amerika Kubokunun gümüş medalını qazanıb. Hücumçu həmçinin 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub. Onun milli komandanın heyətində vurduğu qolların sayı 79-a çatıb.


Qeyd edək ki, Brazilya millisi Norveçə 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.