Nərimanın MLS-də ikinci oyunu
- 15:30
- 47
MLS-də 6-cı tura start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası “Kolumbus Kru” “Atlanta Yunayted”in qonağı olub və 3:1 hesabı ilə qələbə qazanıb.
Axundzadə 90-cı dəqiqədə Marselo Herreranı əvəz edərək meydana girib. Beləliklə, bu, onun MLS-də ikinci oyunu olub.
Bu qələbədən sonra “Kolumbus Kru” 6 oyundan 5 xalla Şərq konfransında 11-ci yeri tutur. Şərq konfransına 13 xalla "Neşvill" başçılıq edir.