 
        "Neftçi"yə gələsi olmadı
- 15:00
- 131
Abubakarın "Neftçi"yə gəlişindən sonra Türkiyənin tanınan futbolçularından olan Cenk Tosunun da paytaxy klubuna keçəcəyinə dair xəbərlər yayılıb.
Lakin Rekord.az-a daxil olan məlumata görə, sözügedən futbolçu "Neftçi"yə gələsi olmadı.
Paytaxt klubu onunla maraqlanıb. Hətta deyilənə görə, bu maraq yayda olub. Hazırkı dönəmdə də onun "Fənərbağça"dan ayrılması realdı və bu mənada adının yenidən "Neftçi" ilə yanaşı çəkilməsi normaldı. Lakin əldə etdiyimiz son məlumata görə, Tosun Türkiyədə qalmaq istəyir və hətta onun qışda "Qaziantep"ə keçmək ehtimalı daha yüksəkdir.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        