"Neftçi"nin Əbu-Dabi toplanışında keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.


Rekord.az xəbər verir ki, "Piramids"lə (Misir) görüş yanvarın 13-də, Bakı vaxtı ilə saat 18:00-da "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq.


İlk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.