“Neftçi”nin istədiyi məşqçinin yeni klubu bəlli oldu
- 21 İyn 2022 14:45
- 504
“Neftçi” ilə adı hallanan Yuri Vernidub Ukraynanın “Krivbas” klubunun baş məşqçisi təyin olunub.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Vernidub "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən olsa da, o, müharibə şəraitində olan Ukraynanı tərk etmək istəmədiyini açıqlamışdı.