Ceyhun Sultanovun gedişindən sonra “Neftçi”nin idman direktoru postu hələ də boşdur.

Rekord.az-a daxil olan məlumata görə, bu postu klubun hazırkı icraçı direktoru Elnur Eyvazov tuta bilər.

Kluba birbaşa SOCAR-dan göndərilən Eyvazov sözügedən şirkətdən ayırılan bütün vəsaitə nəzarət edir. Yəni hara nə xərclənir, onun da xəbəri olmalıdır. Onsuz da səlahiyyətləri tutduğu postdan yüksək olan icraçı direktorun birbaşa idman direktoru olması müzakirə olunan variantlardan biridir.