Ölkəmizi FIBA Avropa Kubokunun əsas mərhələsində təmsil edəcək “Neftçi” həm komandanın, həm də Azərbaycan millisinin kapitanı olan Amil Həmzəyevlə müqaviləni daha bir mövsüm uzadıb.


Bu barədə Rekord.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev komandanın heyətinə cəlb olunub.


Əkbər Məmmədov Azərbaycan millisinin üzvüdür, son klubu NTD olub. Fikrət Ələkbərov 20 yaşlılardan ibarət yığma komandada çıxış edib. O, son mövsümü “Quba”da keçirib. Ağa Ağayev isə 16 yaşlılardan ibarət milli komandamızın üzvüdür.