“Neftçi” yeni mövsümə hazırlıq çərçivəsində təlim-məşq toplanışının ilk mərhələsini davam etdirir.

Rekord.az xəbər verir ki, komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.

Bütün futbolçuların qatıldığı hazırlıq prosesində isinmə hərəkətləri və müxtəlif toplu çalışmalar yerinə yetiriləndən sonra ikitərəfli oyun keçirilib.

Toplanışın ikinci mərhələsinin iyulun 1-dən etibarən Türkiyənin Bolu bölgəsində təşkil olunması planlaşdırılır.