3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsinə qələbə ilə start verib.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Yaponiya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 15:14.

Qeyd edək ki, təmsilçimiz qrupda ikinci oyununu Yaponiyanın "Takasaki" klubuna qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, "Neftçi SOCAR" 612 xalla üçüncü yerdədir.