"Neftçi" "Partizan"la üz-üzə
- 12:00
- 33
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.