"Neftçi" Misir komandası ilə üz-üzə
- 12:00
- 23
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" bu gün Misir təmsilçisi "Piramids"lə üz-üzə gələcək.
Qarşılaşma "Məhəmməd bin Zayed" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.