Geridə qalan mövsüm "Neftçi"nin Futbol Akademiyası üçün də uğursuz oldu.

Rekord.az xəbər verir ki, uzun fasilədən sonra ilk dəfə "Neftçi"nin heç bir komandası çempion adını qazana bilmədi.

Hansı ki, hər il "Neftçi"nin ən azı 2-3 uşaq komandası çempion adını qazanırdı. Geridə qalan mövsümün uğursuz yekunlaşması rəhbərliyi akademiyada da islahatlar aparmağa məcbur edib. Yaxın günlərdə akademiyada ciddi dəyişikliklər olacağı gözlənilir.