
“Neftçi” Avropa Kubokunun müntəzəm mövsümündə çıxış edəcək
- 11 İyl 2025 18:40
- 48
"Neftçi"nin basketbol komandası avrokubokda çıxış edəcək.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" Avropa Kubokunda (FIBA Euro Cup) mübarizə aparacaq.
Paytaxt təmsilçisi müntəzəm mövsümdə qüvvəsini sınayacaq. Azərbaycanın digər təmsilçisi "Abşeron" isə bu turnirin təsnifat mərhələsində yer alacaq.
Qeyd edək ki, "Neftçi" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında gümüş medal əldə edib.