“Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışda
- 18:20
- 38
Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində aprelin 11-i saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.