Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2020/21 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vürsburger Kikkers”lə qarşılaşıb. Nazarovun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan Nazarov 75-ci dəqiqədə əvəzlənib.