Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi, klublarda hazırlanması və yığma komandalara cəlb olunması məqsədilə U-13, U-14 və U-15 liqalarına start verilib.

Rekord.az-a muxtar respublikanın gənclər və idman nazirlyinin mətbuat xidmətindən verilən məlumata görı, martın 30-da Uzunoba Təlim-Məşq İdman Kompleksində startı verilən yarışlarda dairəvi sistem üzrə ümumilikdə 18 komanda (hər liqada 6 komanda) iştirak edir.

U-15 liqasının oyunlarının bir qismi Şərur Rayon Olimpiya İdman Kompleksində və Ordubad Şəhər Stadionunda keçirilir.