“Naxçıvan” “Sərhədçi”yə qalib gəldi
- 03 Apr 2026 23:30
- 27
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, günün ikinci matçında "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşıb.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 98:87.
Günün ilk görüşündə isə "Şəki" "Quba"nı (101:89 ) üstələyib.
Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.