Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı
- 21:00
- 25
Azərbaycanın FIFA referisi Elçin Məsiyev FIFA U-17 Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.
Rekord.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.
Noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.