“Monako”da yeni baş məşqçi
- 17:40
- 37
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub.
Rekord.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
F.Luis daha əvvəl 2023-cü ildə futbolçu karyerasını başa vurduğu "Flamenqo"ya (2024-2026) rəhbərlik edib. Braziliya millisinin keçmiş oyunçusu "Atletiko", "Çelsi" və "Deportivo" kimi tanınmış komandalarda da çıxış edib.
Xatırladaq ki, "Monako"nun əvvəlki baş məşqçisi 2025-ci ilin oktyabrından iyunun 1-dək komandaya rəhbərlik edən Sebastyan Pokonyoli olub. Komanda 2025/2026 mövsümündə 54 xalla Liqa 1-də yeddinci yeri tutub.